Mingəçevirdə zəncirvari yol qəzası baş verib

Axşam saat 21:00 radələrində Mingəçevirdə üç avtomobilin iştirakı ilə zəncirvari yol qəzasa baş verib. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "22-BX-369" dövlət qeydiyyat nişanlı "VAZ-2109" markalı maşın "10-BM-282" dövlət qeydiyyat nişanlı "VAZ-21011" markalı minik avtomobilinə, "45-BJ-840" dövlət qeydiyyat nişanlı “Ford" markalı yük mikroavtobusu isə idarəetməni itirərək "VAZ-2109"a çırpılıb. Nəticədə sürücü və sərnişinlər ciddi xəsarət almasalar da, avtomobillərə ciddi ziyan dəyib. Prospektdə qısa müddətli avtomobil tıxacı yaranıb.
Məlumat üçün qeyd edək ki, bu, axşam saatlarında eyni prospektdə qeydə alınan ikinci hadisədir. Belə ki, saat 19:00 radələrində "VAZ-2104" markalı 45-BF-616 dövlət qeydiyyat nişanlı maşın Heydər Əliyev prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində 90-XL-470 dövlət qeydiyyat nişanlı "Toyota Prado" ilə toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb.
“Report"
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












