Minik avtomobili ağaca çırpıldı, 1 nəfər ölüb, 1 nəfər yaralanıb

Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Ələt-Astara magistralının Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Masallı rayonunun Kolatan kənd sakini Xəyal İlham oğlu Abıyevin idarə etdiyi "Mercedes" markalı, 10-UF-797 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Güclü zərbədən maşın deformasiyaya uğrayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Onların səyləri ilə maşının sürücüsünün meyiti və onun yanında yaralanmış həmkəndlisi Nicat Seyfəddin oğlu Babayev çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












