Minik avtomobili “BakuBus”a çırpıldı - VİDEO

"18 iyun 2025-ci il tarixində, saat 17:40 radələrində “BakuBus” MMC-nin balansında olan və 44 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JO-213 dövlət qeydiyyat nişanlı avtobusda yol-nəqliyyat hadisəsi baş verib".
Bu barədə "BakuBus"dan bildirilib. Qeyd olunub ki, hadisə Zığ-Suraxanı avtomobil yolu istiqamətində qeydə alınıb:
"İlkin araşdırma nəticəsində müəyyən olunub ki, qarşıdan gələn 43-BE-691 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək avtobusa çırpılıb. Qeyd olunan hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlərin təhlükəsizliyinin və fasiləsiz daşınmasının təmin olunması məqsədilə “BakuBus” MMC tərəfindən operativ tədbir görülüb, sərnişinlər dərhal eyni xətt üzrə hərəkət edən digər avtobusa yönləndirilib və marşrutun qrafiki qısa müddət ərzində bərpa olunub.
Hadisə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara məlumat verilib və hazırda araşdırmalar aparılır", - deyə məlumatda vurğulanıb.(unikal)
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO












