Minik avtomobili divara çırpıldı: xəsarət alanlar var - Abşeronda

Gecə saatlarında Bakı-Sumqayıt yolunda yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Abşeron rayonu ərazisində, Masazır dairəsinin yaxınlığında qeydə alınıb. Məlumata görə, ikinci dərəcəli yolla Sumqayıtdan paytaxt istiqamətində hərəkət edən "KİA" markalı mink maşını sürücünün idarəetməni itirməsi nəticəsində yolun sağındakı divara çırpılıb. Nəticədə avtomobildə olan 2 nəfər - 1997-ci il təvəllüdlü Hüseynov Əliş Xaric oğlu və 1996-cı il təvəllüdlü Cumayev Məhəmməd Aslan oğlu xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib. Yaralıların hər ikisinin vəziyyətinin orta ağır olduğu bildirilir. Yol qəzasının təfərrüatlarını Abşeron RPİ-nin istintaqçıları araşdırır. İlkin ehtimala görə, avtoqəzaya yüksək sürət səbəb olub.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












