Minik avtomobili ilə yük maşını toqquşdu: xəsarət alan var - FOTO

Göyçay rayonunda baş verən qəzada sürücülərdən biri ağır xəsarət alıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Göyçay-Bərgüşad yolunun 5-ci km-də qeydə alınıb. Göyçaydan Bərgüşad istiqamətində hərəkət edən Göyçay rayonunun Veysəlli kənd sakini Mehman Nəzərovun idarə etdiyi "Toyota" markalı minik maşını Şirvan kanalı üzərində körpüdən keçərkən idarəetməni itirərək qarşı tərəfdən gələn "Azəravtoyol" ASC-nin 17 saylı yol istismar idarəsinə məxsus "TATRA" markalı yük maşınına, daha sonra arxadan gələn "VAZ 21011" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində "Toyota"nın sürücüsü M.Nəzərov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. O, ətrafdakıların köməkliyi ilə maşından çıxarılaraq Göyşay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ

















