Misirdə iki qatar toqquşdu - 44 ölü, 100-dən çox yaralı

Misirin şimalında baş vermiş dəmir yolu qəzasında ölənlərin sayı 44 nəfərə çatıb. Bu barədə "RT" məlumat yayıb. Hadisə yerində qəzanın nəticələrini aradan qaldıran ağır texnika və xilasedicilər işləyir. Hadisə yerinə onlarla təcili tibbi yardım maşını cəlb edilib. Misirin İskəndəriyyə şəhərinin qubernatoru Məhəmməd Sultan sərnişin qatarlarının toqquşmasında maşinistlərdən birinin təqsirkar olduğunu bildirib. "O, yola növbəti qatar daxil olduqda semaforun qadağanedici siqnalını görməyib. Bu, faciəyə səbəb olub", – deyə Sultan bildirib.
***
Misirin şimalında baş vermiş dəmir yolu qəzasında ölənlərin sayı 36-ya çatıb. "Report" "Sky News Arabia" telekanalına istinadən xəbər verir ki, qəza zamanı 123 misirli müxtəlif dərəcəli xəsarətlər alıb. Ölkənin Səhiyyə Nazirliyinin verdiyi son rəsmi məlumata görə, toqquşması nəticəsində 28 nəfər ölüb, 90-dan çox sərnişin yaralanıb. Məlumata görə, Qahirədən yola düşən qatar Port-Səid-İskəndəriyyə istiqamətində hərəkət edən və nasazlıq səbəbindən dayanmış qatara çırpılıb.
Hadisə yerinə 80-dək təcili tibbi yardım maşını və xilasedicilər cəlb edilib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












