Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir – ADLAR AÇIQLANDI - FOTO - VİDEO

Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir.
Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilir ki, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
**
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Ceyrançöl adlanan ərazidə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı minik avtomobili ilə "VAZ 2106" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan yeniyetməni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş altı nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Yanğınsöndürənlər tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
**
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Əlimərdanlı kənd yolunda qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" və "Vaz" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 6 nəfər ölüb, 1 nəfərin isə vəziyyəti ağırdır.
Bildirilir ki, ölənlər arasında hərbçilər də var.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

.jpeg)






Avtomobili qaz xəttinə çırpıldı - 160 abonent qazsız qaldı - FOTO
Yük maşınına çırpılan “Chevrolet” dərəyə düşdü - VİDEO
Qadın sürücü zəncirvari qəzaya səbəb oldu, özü isə yaralandı - VİDEO
Ağ şəhərdə avtomobil yol kənarındakı dirəyə çırpıldı - VİDEO
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri - VİDEO
Suraxanıda idarəetmədən çıxan “VAZ” ağaca çırpıldı - VİDEO
Zığ yolunda baş verən zəncirvari qəzanın ANBAAN VİDEOsu
Bakıda qəza: “Nissan” bordürə çıxaraq işıq dirəyinə çırpıldı - VİDEO
Toy karvanında həlak olan gənclərin FOTOsu
Sükan arxasında telefondan istifadə CAN ALDI - FOTO
"BMW" ağaca çırpıldı, 2 azərbaycanlı həlak oldu - Toy kortejində qəza - FOTO











