Moped "04"lə toqquşdu, sürücüsü reanimasiyadadır - VİDEO
Qəzalar
17 Fevral 2021 10:31
Oxunub 2064

Xırdalanda ağır yol qəzası baş verib.
Mopedlə "VAZ 2104"ün toqquşması nəticəsində moped sürücüsü ağır bədən xəsarəti alıb. Tanışlarının dediyinə görə moped sürücüsü xəstəxanaya çatdırılıb, reanimasiyadadır.
Qəzanın necə baş verməsi barədə məlumat verilməsə də, hadisəylə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, moped mühərriki 50 kub santimetrdən az olan, dövlət qeydiyyat nişansız nəqliyyat vasitəsidir. Mopedlər yalnız və yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər.
Görüntüləri təqdim edirik:
Milli.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













