Moped sürücüsü keçiddən keçən piyadanı belə vurdu - REAL VİDEO

Moped sürücüsü qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı vurub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bu gün axşam saatlarında Yasamal rayonu, Cəfər Cabbarlı və Bakıxanov küçələrinin kəsişməsində baş verən qəza piyadanın xəsarət alması ilə nəticələnib.
"Müşahidələr onu deməyə əsas verir ki, bəzi moped və motosiklet sürücüləri hərəkət zamanı piyada keçidlərinin olduğunu bildirən nişanlara diqqət yetirməməklə onlar üçün real təhlükə yaradırlar. Daha çox kuryer xidməti göstərən belə sürücülərin yollarda tələskənlik etməsi, bu nəqliyyat vasitələrinin sürətlə idarə etmələri, xüsusilə də manevr etmə qaydalarını pozmaları yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi moped, motosiklet və skuter idarə edənlərə müraciət edərək bildirir ki, piyada keçidlərində piyadalara yol verilməsi baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və qəzaların sayının azalmasına müsbət təsir göstərir. Bu baxımdan hər biri sürücünü yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq", - məlumatda qeyd olunub.
Nərimanovda motosiklet maşına çırpıldı
Marneulidə toy karvanında qəza - 3 nəfər ÖLDÜ - FOTO
Sürücü 91 yaşlı qadını vurub öldürdü – “Görmədim, tələsirdim” dedi - VİDEO
Paytaxtın mərkəzində iki avtomobil toqquşub - VİDEO
Prospektdə ard-arda qayda pozan sürücü sonda qəza törətdi - ANBAAN VİDEO
Türkiyədə ağır qəza - Ölənlər var - FOTO
Qubada 3 maşın toqquşdu, biri aşdı - VİDEO - YENİLƏNİB
Avtomobili qaz xəttinə çırpıldı - 160 abonent qazsız qaldı - FOTO
Yük maşınına çırpılan “Chevrolet” dərəyə düşdü - VİDEO
Qadın sürücü zəncirvari qəzaya səbəb oldu, özü isə yaralandı - VİDEO
Ağ şəhərdə avtomobil yol kənarındakı dirəyə çırpıldı - VİDEO











