Ölən moped sürücüsünün “Ford Transit”lə toqquşma anı anbaan kameraya düşdü - VİDEO
Qəzalar
8 Avqust 2023 19:07
Oxunub 22682

Paytaxtda baş vermiş qəzada moto kuryer həyatını itirib.
Avtosfer.az-ın məlumatına əsasən, yol-nəqliyyat hadisəsi dünən səhər saatlarında qeydə alınıb.
Anbaan kameraya düşən görüntüdən məlum olduğu kimi, “Ford Transit” markalı yük maşını, “Wolt” şirkətinə məxsus mopedlə toqquşub.
Qəzanın baş verməsinə səbəb moped sürücüsünün işıqfora məhəl qoymadan sürməsi olub. Belə ki, yüksək sürətlə irəliləyən moped sol tərəfdən gələn yük maşınına çırpılıb. Nəticədə sürücü hadisə yerində keçinib, nəqliyyat vasitəsi isə sıradan çıxıb.
Qeyd edək ki, moped sürücüsünün polisdən qaçdığı və məhz bu səbəbdən qayda pozuntusuna yol verdiyi iddia olunur.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













