Moskvada 31 yaşlı azərbaycanlı faciəvi şəkildə öldü

Rusiyanın paytaxtı Moskvada azərbaycanlılar ağır qəzaya düşüblər.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Fərid Ramiz oğlu Bədəlovun idarə etdiyi avtomobil gecə saatlarında maneəyə çırpılıb. Nəticədə F. Bədəlov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun yeznəsi və avtomobildə olan digər 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bildirilib ki, qəzaya düşən şəxslər Moskvada tikinti şirkətində çalışıb və avtomobil şirkətə məxsus olub. Onlar işdən çıxıb evə gedərkən yolda qarşılarına qəfil piyada çıxıb. Piyadanı vurmaqdan yayınmaq istəyən Fərid avtomobilin idarəetməsini itirib və maşın maneəyə çırpılıb. Bu zaman maneəyə bərkidilmiş metal hissə avtomobilin şüşəsini qıraraq salona daxil olub və sürücünün başına ağır xəsarət yetirib.
Qeyd edək ki, vəfat edən şəxs Şəkinin Baş Küngüt kəndinin sakinidir.
Kayseridə sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşdu: 38 yaralı
Hava limanı yolunda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Anasının gözləri qarşısında maşın vurub öldürdü - VİDEO
Bu gün yeni restoranının açılışı olacaqdı; qəzada ÖLDÜ - FOTO
Dəhşətli QƏZA: ÖLƏN VAR
Bakının mərkəzində AĞIR QƏZA: 32 yaşlı kişi ÖLDÜ
Yevlaxda maşın motosikletlə toqquşdu - Sürücü ÖLDÜ
Sabirabadda AĞIR QƏZA: ÖLƏN var - FOTO - YENİLƏNİB
“Nohur Göl”ün qarşısında qəza: “Ford” və “Mercedes” toqquşdu - VİDEO
Binədə qəza: İki “Toyota” toqquşdu - VİDEO
Bərdədə qəza: Ölən var










