Moskvada Azərbaycan səfirliyinin avtomobili qəzaya düşüb

Qəzalar 7 Mart 2026 21:12
Moskvada Azərbaycan səfirliyinin avtomobili qəzaya düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın paytaxtı Moskvada Azərbaycan səfirliyinə məxsus diplomatik nömrə nişanlı “Kia” markalı avtomobil “Prajskaya” metro stansiyasının giriş qapısına çırpılıb.

Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Qəza baş verən anda qapıların yaxınlığında sərnişinlərin olmadığı bildirilir.

Moskva Metropoliteninin mətbuat xidməti hadisəni təsdiqləyib və bildirib ki, qəza qatarların cədvəlinə təsir etməyib.

Oxunub : 112
ŞƏRH YAZ
Ad

E-mail

Şərh