Banner

Moskvada qeyri-adi qəza: “BMW” PUA-nı vurdu - VİDEO - FOTO

Qəzalar 8 Avqust 2023 09:00 Oxunub 1084
Moskvada qeyri-adi qəza: “BMW” PUA-nı vurdu    - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gecə Rusiya paytaxtı Moskva şəhəri yaxınlığında sürücü “BMW” markalı avtomobili ilə pilotsuz uçuş aparatını (PUA) vurub.

Sükan arxasında “Trast Bank”ın menecerlərindən birinin olduğu bildirilir. PUA-nı vuran şəxs polis çağırıb.

Polis tərəfindən PUA-ya baxış keçirildikdən sonra onun peşəkar videoçəkiliş üçün nəzərdə tutulmuş “DJI Mavic Pro” olduğu müəyyən edilib.

Avtomobilin sürücüsü özü xəsarət almayıb, maşının isə buferi cızılıb.

Hazırda hüquq-mühafizə orqanları pilotsuz uçuş aparatının sahibini axtarır. (oxu.az)

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh