Motorolleri ağaca çırpdı: komaya düşdü

Qaxda idarə etdiyi motorolleri ağaca çırpan yeniyetmə komaya düşüb. Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, mayın 17-i günorta saat 15:40 radələrində rayonun Əlibəyli kənd sakini, 16 yaşlı David Mamuka oğlu Topalaşvili rayon ərazisində baş verən yol qəzası zamanı aldığı ağır bədən xəsarətlərindən düşdüyü koma vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. David Topalaşviliyə lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır qiymətləndirilir. Qax rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, David Topalaşvili idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan motorollerlə kəndin ərazisində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən yolun kənarındakı qoz ağacına çırpılıb.
Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












