Motosiklet qəzaları 9 nəfərin ölümünə səbəb oldu

Bu ilin altı ayı ərzində Azərbaycanda 20 motosiklet qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. K.Əliyev bildirib ki, baş vermiş motosiklet qəzaları nəticəsində 9 nəfər ölüb, 14 nəfər yaralanıb. O qeyd edib ki, motosiklet qəzalarında ölüm hallarının əsas səbəbi təhlükəsizlik qaydalarına düzgün əməl etməməkdir: “Motosikleti başa “kasqa” taxmadan idarə edirlər, yolun əks istiqamətində hərəkət edirlər və ya işıqlandırma sistemi nasaz olan motosikletlərlə yola çıxırlar. Belə pozuntular çoxdur və nəticədə əziyyət çəkən də motosiklet sürücüləri özləri olurlar”. K.Əliyev bildirib ki, motosikletlərin qayda pozuntusunu yalnız arxa hissədən çəkmək mümkündür: “Çünki onlara bir ədəd dövlət nömrə nişanı verilir, o da arxada olur. Buna görə də qayda pozuntusunu ön hissədən çəkdikdə bunun kimin tərəfindən törədildiyini dəqiq müəyyən etmək mümkün deyil. Avropa ölkələrinin əksəriyyətində də motosiklet sürücülərinin törətdiyi qayda pozuntuları ilə bağı problem dövlət nömrə nişanlarının arxada olması və onların kamera və radarlardan kənarda qalması ilə bağlıdır”.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












