Motosiklet qəzalarının ƏSAS SƏBƏBLƏRİ

Azərbaycanda motosikletlərin sayı ciddi şəkildə artır. Təəssüf ki, hər həftə motosiklet və ya moped qəzaları ilə bağlı xəbərləri oxuyur, eşidirik. Bəs motosiklet qəzalarının əsas səbəbləri hansılardır.
Avtosfer.az xəbər verir ki, xarici ekspertlər qəzaların səbəbini təkcə motosikletçilərdə deyil, digər hərtəkət iştirakçılarında da axtarırlar.
Bu qəzalar əsasən şəhər yerlərində baş verir.
Motosikletlərin iştirakı ilə baş verən qəzaların əsas səbəbi keçid ardıcıllığının göslənilməməsidir.
Məsələn, yol ayrıcında dönən və ya keçən avtomobilin sürücüsü motosikleti buraxmır və qəza baş verir. Bu da səbəbsiz deyil. Motosikletin ölçüsü kiçik olduğundan sürücü bəzən onu görmür. Xüsusən də sürət böyük olduqda.
İkinci səbəb motosiklet sürücülərinin lüzumsuz manevrləridir. Onlar çox vaxt cərgələri dəyişərək hərəkət edirlər. bu problem Bakı yolları üçün də aktualdır.
Üçüncü səbəb yüksək sürətdir. Şəhərdən kənarda isə bu, birinci səbəbdir. Bizcə, əlavə şərhə ehtiyac yoxdur.
Dördüncü yerdə ara məsafəsinin gözlənilməməsi, beşinci yerdə isə svetoforun qadağanedici işığında hərəkət gəlir.
Vüqar Yaşaroğlu
Gəncədə “07” "Hyundai"la toqquşdu – 3 nəfər xəsarət aldı – ANBAAN VİDEO
Yandan əsən külək avtomobili belə aşırdı – REAL VİDEO
Motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü - FOTO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçan SÜRÜCÜ TAPILDI - VİDEO
Lənkəranda zəncirvari qəza - Xəsarət alanlar var - FOTOLAR
Lüks avtomobil məktəbli avtobusunun altına girdi – Sürücü yüngül yaralandı - VİDEO
Beyləqanda “Prado”ya çırpılan “VAZ” tanınmaz hala düşdü - VİDEO
Sumqayıtda zəncirvari qəza - Üç avtomobil toqquşdu - VİDEO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçdılar - 90-KC-160 - FOTO
Masallıda yük maşınıyla toqquşan “VAZ” əzik-əzik oldu - VİDEO
Ucarda iki “VAZ” toqquşdu, biri bordürə çıxdı - VİDEO










