Motosiklet taksi ilə toqquşdu: xəsarət alan var - VİDEO

Bakıda motosiklet taksi ilə toqquşub, xəsarət alan var. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Nərimanov rayonunda qeydə alınıb. Belə ki, Əhməd Rəcəbli küçəsində iaşə obyektinə məxsus motosikleti idarə edən 1995-ci il təvəllüdlü Abdullayev Təbriz Əlibaba oğlu 90-RR-458 dövlət qeydiyyat nişanlı "Renault" markalı avtomobilin arxa hissəsinə çırpıllb. Nəticədə motosiklet aşıb və bayker ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. Minik avtomobilinin sürücüsü Şahin Şirinov "Report"a müsahibəsində bildirib ki, o taksi fəaliyyəti ilə məşğul olur: "Yolun sağ zolağı hərəkət edirdim. Motosiklet isə sürərlə gələrək avtomobilimin arxasına çırpıldı". Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Deformasiyaya uğrayan motosiklet cərimə meydançasına yerləşdirilib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












