Motosikletlə avtomobil toqquşdu: xəsarət alan var - Bakıda

Bakıda motosikletlə avtomobil toqquşub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.
Belə ki, Çaykovski küçəsində 1995-ci il təvəllüdlü Qənbərli Asim Rahim oğlu idarə etdiyi motosikletlə ön işıqları yandırmadan yüksək sürətlə hərəkət edən zaman Elnur Feyzullayevin idarə etdiyi "Mercedes"ə çırpılıb. Nəticədə motosikletin sürücüsü A. Qənbərli ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
"Mercedes"in sürücüsü E.Feyzullayev "Report"a bildirib ki, motosiklet nasaz vəziyyətdə olub. Motosikletin heç bir işığı olmayıb. Buna görə də avtomobilin sürücüsü onu görməyib.
Faktla bağlı hadisənin baş verdiyi əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
İlkin avtotexniki ekspertiza təyin edilib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO


















