Müəlliməni öldürən sürücüyə cəza verildi

Ağır yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Qəbələ rayon sakini, 1991-ci il təvəllüdlü Rəhman İsazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az teleqraf.com-a istinadən xəbər verir ki, 2015-ci ilin avqustun 20-də, saat 09 radələrində Qəbələ şəhərində rayon sakini Rəhman İsazadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Aysel Şəriflini vurub. Nəticədə Aysel Şərifli xəstəxanaya yerləşdirilib və avqustun 21-də orada ölüb.
Rəhman İsazadə Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman İsazadə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Rəhman İsazadə apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Rəhman İsazadənin apelyasiya şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Rəhman İsazadənin apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Aysel Şərifli orta məktəb müəllimi olub.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












