Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO - YENİLƏNİB

Muğanlı-İsmayıllı yolunda ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 10-da saat 09:50 -də Şamaxı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi) Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara dəqiqləşdirilməmiş kəllədaxili travma, qabırğaların çox sayda sınığı, bədənin müxtəlif nahiyələrinin əzilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
1986-cı il təvəllüdlü (kişi) şəxs daha ixtisaslı xidmət göstərilməsi üçün Bakı şəhərinə, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə olunub. 1993-cü il təvəllüdlü pasiyentin müalicəsi isə tibb müəssisəsinin Təcili yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, ilkin məlumatda hadisə nəticəsində sürücünün xəsarət aldığı bildirilmişdi.
Xəsarət alan iki nəfər şəxs qəzaya düşən avtomobildə olan sərnişinlər 40 yaşlı Qoşqar Babayev və 33 yaşlı Füzuli Abbaszadədir./oxu.az
***12:11
Muğanlı-İsmayıllı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə məlumat gəlib.
Qeyd olunub ki, hərəkətdə olan yük avtomobili yol kənarındakı beton maneələrə çırpılıb. Nəticədə avtomobil yararsız hala düşüb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.
Qeyd olunub ki, sözügedən yol-nəqliyyat hadisəsi bu gün səhər saat 9 radələrində Muğanlı-İsmayıllı yolunun 8-ci km-də, üzü Şamaxı istiqamətində baş verib.
"Hadisə Məhəmməd Mübariz oğlu Vahidlinin idarə etdiyi "Mitsubishi" markalı, 10-VL-923 dövlət nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində baş verib. Hadisə nəticəsində sürücü xəsarət alıb. Hazırda əməliyyatdadır. Ölən yoxdur. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












