Müğənni qəza vaxtı maşında olub - Təfərrüat

Ötən gecə paytaxtın Səbail rayonunda müğənni Vlada Axundovanın öldüyü yol qəzasının təfərrüatları məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə vaxtı V.Axundova piyada deyil, yol kənarında dayanmış avtomobilin içərisində imiş.
Belə ki, saat 21 radələrində Yeni Salyan Yolu 20-nin qarşısında (Dövlət Bayrağı Meydanının yanı) Salyan rayon sakini 2002-ci il təvəllüdlü Seyfulla Yusif oğlu Mehdizadə idarə etdiyi “Hyundai Elantra” markalı 77-SJ-148 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus “Toyota” markalı 01-CH-477 nömrəli avtomobili arxadan vurub.
Nəticədə S.İsaqovun maşınında olan paytaxt sakini 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundova hadisə yerində ölüb. S.Mehdizadənin sərnişini olan 1997-ci il təvəllüdlü Bahar Məcidova isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.(Qafqazinfo)
Abşerondakı ağır QƏZANIN TƏFƏRRÜATI - VİDEO - YENİLƏNİB
Bakı-Ələt yolunda “Mercedes” və “Toyota” toqquşdu - VİDEO
Beyləqanda AĞIR QƏZA: Avtomobil beton maneəyə çırpıldı
Sükan arxasında yuxulayan sürücü dəhşətli qəzaya düşdü – VİDEO
Şəmkirdə idarəetmədən çıxan maşın beton arakəsməyə çırpıldı - VİDEO
Bakıda qəza: Avtobus 3 maşını əzib SOCAR-ın binasına çırpıldı - VİDEO - YENİLƏNİB
Ağır QƏZA: SÜRÜCÜ ÖLDÜ - FOTO - YENİLƏNİB
İsmayıllıda qəzada həlak olan iş adamının FOTOsu
Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var - YENİLƏNİB
Kayseridə sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşdu: 38 yaralı
Hava limanı yolunda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO










