Mühəndis düzəltdiyi təyyarənin qəzaya düşməsi nəticəsində həlak olub

Əlcəzairli mühəndis Yusif Doğa düzəltdiyi təyyarə ilə növbəti uçuşu edərkən həlak olub.
Avtosfer.az yerli mediaya istinadla xəbər verir ki, 50 yaşlı mühəndis yaşadığı Auləd Mansur kəndində (paytaxt Əlcəzairdən 260 km uzaqda yerləşir) yüngül motorlu aviasiya vasitəsi ilə növbəti dəfə uçarkən yerə çırpılıb, nəticədə pilot həyatını itirib.
“Övladım kiçik yaşlarından elmi kəşflər və ixtiralarla çox maraqlanırdı. Ən böyük xəyalını gerçəkləşdirməyə qərar verəndə evin ətrafını açıq emalatxanaya çevirmişdi”, - deyə mühəndisin atası oğlu ilə bağlı xatirəsini bölüşərkən deyib.
Sosial şəbəkə istifadəçiləri hadisəni hüznlə qarşılayıblar. Əlcəzairlilər öz xəyalını gerçəkləşdirmək üçün israrlı əməyi və cəhdləri yüksək qiymətləndiriblər, mühəndisi məşhur Orta əsr Əndəlus ixtiraçısı Abbas bin Firnasa bənzədiblər. Məlumdur ki, İbn Firnas hazırladığı deltaplanabənzər aparatı özünə bərkitməklə uçmağa səy göstərmiş, amma uğursuz alınmışdı.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












