Müştəri avtomobil təmiri ustasını ölümcül döydü - Bakıda

Avtomobil təmiri servisində sürücü ustanı döyüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "VER" avtomobil servisində qeydə alınıb.
Belə ki, servisdə usta işləyən 1990-cı il təvvəllüdlü Babayev Xəqani Qüdrət oğlu 6 ay əvvəl avtomobilini təmir etdiyi müştərisi ilə mübahisə edib. Müştəri 6 ay əvvəl avtomobilini X.Babayevə təmir etdirdiyini və ustanın əl işindən narazı qaldığını, avtomobilinin hələ də nasaz olduğunu bildirib. X.Babayev isə başqa vaxt gəlməsini təklif edib. Bundan hiddətlənən müştəri X.Babayevin baş nahiyəsinə dəmir alətlə vurub.
X.Babayev xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə onun vəziyyəti ağırdır.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












