Nabranda dəhşətli qəza: Avtomobil dərəyə aşdı, sürücünün beyni dağıldı - VİDEO

Xaçmazda sürücünün ölümüylə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına əsasən, qəza dünən saat 06:00 radələrində Nabran rayonunun Şimali kəndi ərazisində qeydə alınıb. Belə ki, 40-BT-399 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq dərəyə düşüb. Qəzanın baş verməsinə səbəb yüksək sürət həddinin olduğu bildirilir. Nəticədə yararsız vəziyyətə düşən avtomobilin sürücüsü Quba rayonunun Bağbanlı kənd sakini, 1991-ci il təvəllüdlü Eyvazov Ziya hadisə yerində dünyasını dəyişib. Maşında olan sərnişin isə ağır halda xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzanın olduğu ərazidən keçən şəxslər sürücünün bir gözünün çıxdığını, burnunun içəri batdığı və beyninin yerə dağıldığını bildiriblər.
Nərmin













