Naməlum avtomobil iki nəfəri vuraraq hadisə yerindən qaçdı - Şəkidə

Şəkidə naməlum avtomobil iki nəfəri vuraraq hadisə yerindən qaçıb. Avtosfer.az xəbər verir ki, bu barədə Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, iyunun 28-də saat 23:30 radələrində Şəki şəhər sakinləri - 1982-ci il təvəllüdlü Elnur Namiq oğlu Rəsulov və 1981-ci il təvəllüdlü Anar Ehsan oğlu Muradov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Məlum olub ki, Elnur Rəsulov Qoxmuq çayı üzərindəki körpüdə xarab olub qalan və özünə məxsus minik avtomobilini Anar Muradovla birlikdə təmir edən zaman yoldan keçən avtomobil onları vurub və hadisə yerindən qaçıb.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, Elnur Rəsulov və Anar Muradov sürücüsü və dövlət nömrə nişanı bilinməyən “VAZ-2106” markalı avtomobillə vurulub.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












