Nardaranda ağır qəza: Minik və yük avtomobilləri toqquşdular - VİDEO - YENİLƏNİB

Qəzalar 23 İyul 2024 16:50 Oxunub 320
Nardaranda ağır qəza:  Minik və yük avtomobilləri toqquşdular - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Bakının Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb".

Bunu açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.

O, qeyd edib ki, hadisə bu gün saat 10-da sözügedən ərazidə qeydə alınıb:

"Belə ki, MAN markalı 77-AV-629 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü idarəertməni itirərək "Mercedes Benz" və "Toyota" markalı avtomobillərə çırpılıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlardan biri, "Mercedes" markalı avtomobilin yanında dayanan Murad Raqib oğlu Abbasov, digəri isə nəqliyyat vasitələrinin birində sərnişin qismində olan Akşin Məhəmməd oğlu Ağamalıyevdir. Hazırda faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır".

***

Bakının Sabunçu rayonu Nardaran qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Belə ki, 77-RZ-481 dövlət nömrə nişanlı "Toyota Aqua" markalı  avtomobil yük maşını ilə toqquşub. Nəticədə minik avtomobili yolayrıcının üstündə olan kamera dirəyinə çırpılıb və dirək əyilib.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh