Narkotiklə tutulan qardaşlar qəza törətdi - FOTO +VİDEO

Abşeron Rayon Polis İdarəsinə rayonun Hökuməli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olub. ARB TV xəbər verir ki, dərhal hərəkətə keçən polis əməkdaşları Höküməli qəsəbə sakinləri əvvəllər məhkum olunmuş 26 yaşlı Sənan və 18 yaşlı Piralı Qeybullayev qardaşlarını saxlayıblar.
İki ildir ki, narkotik istifadəçisi olan Sənan, həm də onu satmaqla məşğul imiş. Bu işdə ona qardaşı Piralı kömək edirmiş. Əməllərinin üstü açılanda isə Qeybullayev qardaşlarının qaçmağa cəhd göstərmələri avtomobil qəzası ilə nəticələnib. Narkotiklə həm özlərini, həm də Höküməli qəsəbəsində yaşayan gəncləri zəhərləyən Qeybullayev qardaşları barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.
Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
Sənan Qeybullayev (saxlanılan şəxs): "Xırdalan dairəsində polis məni yaxaladı. Polis bölməsinə dəvət etdilər. Üstümdən narkotik vasitə çıxdı".
Piralı Qeybullayev (saxlanılan şəxs): "Mən satırdım. Aparıb istəyənə verirdim 10 manata. Maşında oturmuşduq. Uşağı üçün batareya almağa gedirdik. Tıxacdaydıq. Polis əməkdaşları gəlib tutdular bizi".




Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












