Nasaz avtomobil 2 gəncin həyatına son qoydu - VİDEO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Yevlaxda iki nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb.
İdarədən Avtosfer.az-a verilən xəbərə görə, oktyabrın 27-si, saat 14:00 radələrində, Bakı-Yevlax avtomobil yolunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Belə ki, Yevlax şəhər sakini 24 yaşlı Oruc Məmmədov “BMW” markalı avtomobillə hərəkətdə olarkən, ilkin ehtimala görə yüksək sürət və təkər sistemində yaranan nasazlıq səbəbindən idarəetməni itirərək yolun kənarına aşıb.
Qəza nəticəsində ağır xəsarətlər alan sürücü və həmyerlisi olan sərnişini - 30 yaşlı Emil Paşayev xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücüləri avtomobillərinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə və əksər faciələrin başlancığı olan sürət amilinə hər zaman həssaz yanaşmağa çağırır.
Xaçmazda avtomobil piyadanı vurub ÖLDÜRDÜ
Xırdalanda avtomobil açıq lyuka düşdü – VİDEO
Yevlaxda yol qəzasında ölən gəncin FOTOsu
Yevlaxda AĞIR QƏZA: İki nəfər ÖLDÜ - FOTO - YENİLƏNİB
Neftçalada avtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var - FOTO
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə buraxıldı?
Bakıda qadın sürücü “BMW” ilə şou göstərdi; vurub bardürə dırmaşdırdılar - VİDEO
Nərimanovda “Toyota” skuter sürücüsünü vurub ÖLDÜRDÜ - VİDEO
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO












