Naxçıvanda AĞIR QƏZA: 16 yaşlı yeniyetmə öldü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu Yeni Kərki kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal Kəngərli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili yoldan çıxaraq aşıb və sərnişinlər deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Hyundai” avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Məmmədova Gülşən Məmmədbağır qızını, 1981-ci il təvəllüdlü Seyidova Rüqəyya Məmmədbağır qızını və 1959-cu il təvəllüdlü Quluzadə Telli Alı qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Qəza nəticəsində avtomobildə olan bir nəfər sərnişin vəfat edib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***21:00
Yaralılar xəstəxananın müvafiq şöbələrinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Avtosfer.az xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin növbətçi həkimi Əfruz Hüseynova jurnalistlərə müsahibəsində bildirib.
Həkim deyib: “Günorta saatlarında 5 nəfər yol-nəqliyyat hadisəsi səbəbindən yardım briqadamız tərəfindən xəstəxanaya çatdırılıb. Yaralılar ilkin tibbi müayinələrdən keçirilib, hazırda müalicələri aparılır".
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində baş verib, 1 nəfər həyatını itirib, 5 nəfər isə xəsarət alıb.
***19:13
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az “Naxçıvan xəbərləri”nə istinadla xəbər verir ki, qəza Naxçıvan–Sədərək magistral avtomobil yolunun 22-ci kilometrliyində, Yeni Kərki kəndi ərazisindən keçən hissədə qeydə alınıb.
Belə ki, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 2010-cu il təvəllüdlü Mirməhərrəm Afət oğlu Seyidov hadisə yerində həyatını itirib.
Qəza zamanı 1998-ci il təvəllüdlü Gülşən Məmmədbağır qızı Məmmədova, 2009-cu il təvəllüdlü Aytac Əli qızı Seyidova, 1959-cu il təvəllüdlü Telli Alı qızı Quluzadə, 1981-ci il təvəllüdlü Rüqəyyə Bağır qızı Seyidova və 2023-cü il təvəllüdlü Araz Pərviz oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert












