Naxçıvanda AĞIR QƏZA: Bir ailənin üç üzvü həlak oldu - FOTO

Şərur rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin 3 üzvü həyatını itirib.
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, hadisə Püsyan kəndində qeydə alınıb.
İlkin məlumata görə, 68-BC-455 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobil ilə 68-BB-655 dövlət qeydiyyat nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.
Qəza nəticəsində Nəvai Həsənov, Tamara Həsənova və Alparslan Həsənov hadisə yerində ölüblər. Onların bir ailənin üzvləri olduğu bildirilir.
Hadisə zamanı ailənin xəsarət alan digər üzvü İnci Həsənova, eləcə də digər avtomobilin sürücüsü Rəşad Məmmədov Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, araşdırma aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev

















