Naxçıvanda piyadanı vurmamaq üçün manevr edən sürücü qəza törətdi - VİDEO
Qəzalar
22 Oktyabr 2025 17:30
Oxunub 1236

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 21-də gecə saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı maşın idarəetmədən çıxaraq yol kənarındakı maneələrə çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzaya sürücünün qarşısına qəfil çıxan piyada səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobil yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, əraziyə DYP əməkdaşları cəlb olunub, nəqliyyat vasitəsi evakuator vasitəsilə ərazidən kənarlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ














