Naxçıvanda şəhidin atası və anası qəzaya düşdü - FOTO - YENİLƏNİB

Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəhid ailəsinin iki üzvünün vəziyyəti ağır olaraq qiymətləndirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a həkim-reanimatoloq Məlhəm Yusifova məlumat verib.

O qeyd edib ki, qadın xəstədə sol qabırğaların, bud və çanaq sümüklərinin sınığı aşkarlanıb:
"Kişi xəstədə isə bud sümüyünün, baldır və incik sümüklərinin sınıqları müəyyən edilib".
Həkim bildirib ki, hər iki yaralının vəziyyəti ağırdır və onların müalicəsi reanimasiya şöbəsində davam etdiriləcək.
***13:06
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib.
Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb. “KamAZ” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar - 1970-ci il təvəllüdlü Habil Məmmədli və 1973-cü il təvəllüdlü Raziyə Məmmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə zamanı qaz infrastrukturuna da ziyan dəyib.
Qeyd edək ki, xəsarət alanlar şəhid Zaman Məmmədlinin atası və anasıdır.
Hadisə yerinə polis əməkdaşları və Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.



Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO












