
Naxçıvanda TİR-la minik avtomobili toqquşdu: Azərbaycan və İran vətəndaşları xəsarət aldı
Qəzalar
28 May 2023 16:20
Oxunub 548

Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə dünən gecə saatlarında rayonun Cəlilkənd ərazisində qeydə alınıb.
İran İslam Respublikasının vətəndaşları - 1983-cü il təvəllüdlü Mərənd şəhər sakini Əli Armankia və 1983-cü il təvəllüdlü Mərənd şəhər sakini İsmayıl Mustafazadənin idarə etdikləri TIR-la minik avtomobili toqquşub.
Qəza nəticəsində avtomobildə olan Cəlilkənd sakinləri 1973-cü il təvəllüdlü Kərəm Mustafayev və 1973-cü il təvəllüdlü Mahir Tağıyev, eyni zamanda TIR-da olan İran vətəndaşları xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin sabit olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (apa)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR