Naxçıvanda toqquşan maşınlar səkiyə çıxdı, sürücülərdən biri.. - VİDEO

Qəzalar 31 İyul 2024 15:51
Naxçıvanda toqquşan maşınlar səkiyə çıxdı,  sürücülərdən biri..  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 29-da gecə saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 68-BD-295 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşın, “Mercedes” markalı avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb ”VAZ” sürücüsünün yüksək sürətlə hərəkət etməsi olub. Nəticədə bir-birinə çırpılan nəqliyyat vasitələri səkiyə çıxıb. Hadisə zamanı hər iki maşına maddi ziyan dəyib və sürücülərdən biri başından xəsarət alıb. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Nərmin

Oxunub : 768
ŞƏRH YAZ
Ad

E-mail

Şərh