Nazirin qardaşı oğlu qəza törətdi: ailəsi və polkovnik həlak oldu

Dünən Naxçıvan MR Kəngərli rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Avtosfer.az bizimyol.info-ya istinadən xəbər verir ki, ötən gecə saat 22:00 radələrində Kəngərli rayonunda (Qıvraq düzü deyilən ərazidə) Nuran Ələkbərova məxsus "Mercedes" markalı 68-BC-222 dövlət nömrə nişanlı avtomobillə N saylı hərbi hissənin yüksək rütbəli zabitinin idarə etdiyi nömrəsi, hələ ki, bəlli olmayan minik avtomobilləri toquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan Naxçıvan DİN-nin əməkdaşı Nuran Ələkbərov, onun həyat yoldaşı və azyaşlı uşağı hadisə yerində həlak olub. Digər avtomobildə olan N saylı hərbi hissənin Nizami Hissə rəisi, Polkovnik Minemət Eminov da hadisə yerində vəfat edib. Dərhal hadisə yerinə yüksək rütbəli məmurlar, hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, "Mercedes" markalı avtomobili idarə edən Nuran Ələkbərov Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Fazil Ələkbərovun qardaşı oğludur.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












