Nazirlik ağır yol qəzaları ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi son sutka ərzində ölkədə baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Avtosfer.az nazirliyin saytına istinadən xəbər verir ki, avqustun 30-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Abşeron rayon sakini Elyar Bayramovun idarə etdiyi “Volkswagen” və Tovuz rayon sakini Elnur Məmmədovun idarə etdiyi “VAZ-21102” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və avtomobildə olan 4 sərnişin hadisə yerində ölüblər.
Bundan başqa avqustun 30-da saat 13 radələrində İsmayıllı şəhərində Qəbələ rayon sakini İlqar Məmmədovun idarə etdiyi “Ford” markalı mikroavtobusla, Bakı şəhər sakini Fikrət Osmanovun idarə etdiyi “Mitsubshi” markalı yük avtomobili toqquşub. Nəticədə İ.Məmmədovun sərnişinlərindən Qəbələ rayon sakini Aybəniz Şəfiyeva və Sumqayıt şəhər sakini Xəyalə Talıbova hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Daha bir ağır qəza Lənkəran rayonunun Şiləvar kəndində baş verib. Bakı şəhər sakini Rəşad Dəmirovun idarə etdiyi “KamAZ” və Lerik rayon sakini Əlimərdan Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Məmmədov hadisə yerində ölüb, 4 sərnişini xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Avqustun 30-da saat 20 radələrində isə Balakən rayonunun Katex kəndində rayon sakini Elvin Ölkəliyevin və Zaqatala rayon sakini Aydın Əliyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Nəticədə A.Əliyev xəstəxanaya yerləşdirilib və orada ölüb.
Hər bir faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıblar - VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












