Nazirlik işçisinin maşını körpüdən aşdı: 1 ölü, 1 yaralı - FOTO

Zaqatalada ölümlə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə yanvarın 29-u, axşam saat 19:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 117-ci kilometrliyində, Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib. Zaqatala şəhər sakini, 1965-ci il təvəllüdlü Etibar Abdulla oğlu Eminov idarə etdiyi “VAZ 21074” markalı 90 AC 142 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəkidən Zaqatala istiqamətində hərəkətdə olarkən magistiral yolun buzlu olması səbəbindən idarəetməni itirərək maşını körpüdən aşağı aşırıb. Qəza nəticəsində sürücü Etibar Eminov yüngül xəsarət alıb. Qəza zamanı avtomobildə sərnişin qismində olan, Bakı şəhəri, Corat qəsəbə sakini 1968-ci il təvəllüdlü Fərhad Məlikheydər oğlu Xankişiyev zərbənin gücündən maşının qabaq şüşəsindən çıxaraq yerə çırpılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Fərhad Xankişiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Qeyd edək ki, avtomobili idarə edən Etibar Eminov Energetika Nazirliyinin nəzdindəki Dövlət Enerji Nəzarəti İdarəsinin Şəki regional şöbəsinin rəisi vəzifəsində çalışır.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO













