Neft-qaz şirkətinin qurucusu yol qəzasında öldü

ABŞ-ın "Chesapeake Energy" ən iri müstəqil neft-qaz şirkətinin qurucusu Obri Makklendon yol qəzasında ölüb. Bundan bir gün əvvəl o antitrast qanunvericiliyini pozaraq cinayət törətməkdə ittiham edilib. Avtosfer.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, b barədə CNBC telekanalı məlumat yayıb.
Məlumata görə, 56 yaşlı Makklendonun idarə etdiyi avtomobil Oklahoma Siti şəhərində beton maneəyə çırpılıb. Polis intihar versiyasını nəzərdən keçirir.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Makklendona qarşı bundan əvvəl irəli sürülən ittihama əsasən, o, digər şirkətlərlə sövdələşərək, təşkil etdiyi kommersiya tenderlərinin qaliblərini əvvəlcədən müəyyən edib.
"Chesapeake Energy" - ABŞ-ın ən iri ikinci neft-qaz istehsalçısıdır. Şirkətin 2015-ci ildə 14 mlrd dollardan çox xalis gəlir əldə edib.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












