Banner

Neftçalada avtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var - FOTO

Qəzalar 27 Oktyabr 2026 12:11
Neftçalada avtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var - FOTO
WhatsApp kanalımıza abunə olun

Neftçala rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qəzada yaralanan iki nəfər (kişi) oktyabrın 26-da saat 22:30-da Neftçala Rayon Mərkəzi Xəstəxanasına hospilitizasiya olunub.

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, 1 nəfərin vəziyyəti stabil, digərinin isə orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir./oxu.az

***11:41

Neftçala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Samid İmanov küçəsində qeydə alınıb.

Belə ki, "Khazar" markalı minik avtomobili avtobusla toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Neftçalada avtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var - Foto

Oxunub : 106
ŞƏRH YAZ
Ad

E-mail

Şərh