Banner

"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçan SÜRÜCÜ TAPILDI - VİDEO

Qəzalar 21 Fevral 2026 13:00
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçan SÜRÜCÜ TAPILDI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi "Neftçi" futbol klubunun məşqçisi Babək Həsənov 20 Yanvar dairəsində qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə zamanı 90-KC-160 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü onun avtomobilini vuraraq hadisə yerindən yayınıb. Bu barədə zərərçəkmiş sürücü hadisə ilə bağlı Dövlət Yol Polisi İdarəsinə rəsmi ərizə ilə şikayət ünvanlayıb.

Sürücü Babək Həsənov həmin hadisə ilə bağlı video çəkərək paylaşıb. O bildirir ki, Dövlət Yol Polisi İdarəsinə etdiyi müraciətə dərhal reaksiya verilib və hadisə yerindən yayınan sürücü tapılaraq məsuliyyətə cəlb edilib. Operativ reaksiya verildiyi üçün sürücü Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, o cümlədən Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə öz təşəkkürünü bildirib.

 

Fərid

Oxunub 386
ŞƏRH YAZ
Ad

E-mail

Şərh