Banner

Nəhəng “BelAZ” təsadüfən “Suzuki”ni əzib - FOTO - VİDEO

Qəzalar 3 İyun 2021 13:22 Oxunub 1574
Nəhəng “BelAZ” təsadüfən “Suzuki”ni əzib   - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qazaxıstanda damperli yük maşını təsadüfən “Suzuki Grand Vitara XL-7”-nin üstündən keçib.
Avtosfer.az xəbər verir ki, hadisə 1 iyunda baş verib. “Suzuki”nin sərnişinləri bura “BelAZ”-ın kondisionerini düzəltmək üçün gəliblər. Lakin “BelAZ”-ın sürücüsü onları görmədən maşını işə salıb hərəkətə başlayır. “Suzuki”nin kamerasına anbaan həkk olunan görüntüdən də məlum olur ki, nə baş verdiyini anlamayan sərnişinlər qişqırmağa başlayır. Onlardan ikisi avtomobildən tullansa da biri içəridə qalır. Son anda olanları anlayan “BelAZ” sürücüsü maşını dayandırır. Avtomobildə qalan digər sərnişin də xəsarət almadan çıxa bilib. 
Ancaq “Suzuki” yararsız hala düşüb. 

Aysel

ŞƏRH YAZ
Ad

E-mail

Şərh