Nənəsinin yasına gedən gənc yolda öldü – YENİLƏNİB

Noyabrın 20-də Abşeron rayonu Masazır qəsəbəsində baş verən və ölümlə nəticələn yol-nəqliyyat hadisənin bəzi təfərrüatları məlum olub.
Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, hadisə zamanı ölən Oğuz rayon sakini Cavid Rəsulov Bakıda fəhləliklə məşğul olub. Bildirildiyinə görə, mərhum xalasıgildə qalırmış. Hadisə baş verən günü isə xalasının ailəsi ilə birlikdə Oğuza nənəsinin ölümünün il dönümünə gedirmiş.
Avtomobili xalası oğlu Şahin Səmədov idarə edib. Cavid Rəsulov isə avtomobilin ön oturacağında gedirmiş. Qəza baş verən zaman o, təhlükəsizlik kəmərindən istifadə etməyib. Bu səbəbdən zərbənin gücündən avtomobilin ön şüşəsindən çölə çıxıb.
Artıq Cavid Rəsulov Oğuz rayonu Bayan kəndində dəfn edilib.
Qəza zamanı avtomobildə olan Mahir Səmədovun omba sümüyü çıxıb, avtomobili idarə edən Şahin Səmədovun ayağı qırılıb, onun ayağına 7 tikiş qoyulub. Digər sərnişinlər Natiq Səmədov isə sinəsindən zərbə alıb, Sevil Səmədavanın isə əli qırılıb.
Qeyd edək ki, noyabrın 20-də saat 15 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində Şahin Səmədovun idarə etdiyi "VAZ-2106" və Daşqın Səfərovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub Nəticədə Ş.Səmədovun sərnişinlərindən Oğuz rayon sakini Cavid Rəsulov hadisə yerində ölüb, özü və digər sərnişini, habelə digər sürücü xəstəxanaya yerləşdirilib.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.
****
Bu gün Abşeron rayonu, Masazır qəsəbəsində ağır yol qəzası baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, Masazır qəsəbəsindən Bakı istiqamətində olan yolda, “Bazar Store” supermarketinin qarşısında “50 CZ 847” dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili ilə “90 DE 760” markalı “Mercedes” minik avtomobili toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölən gənclə yaralı gənclərdən biri xalaoğludur
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı















