Nepalda baş verən yol qəzasında 57 nəfər yaralınıb

Nepalda ardıcıl baş verən 2 yol qəzasında 57 nəfər yaralanıb. Avtosfer.az ans press-ə istinadən məlumatın görə, ilk qəza Navalparasi ətrafında baş verib və avtobus yük maşını ilə toqquşub. Nəticədə 38 nəfər yaralanıb. Onlardan 5-nin vəziyyət ağır qiymətləndirilir. Yük maşınının sürcüsü həbs edilib.
Bir qədər sonra növbəti nəqliyyat qəzası Danq ətrafında avtobusla minik avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində 19 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyət ağır qiymətləndirilir.
Aprelin 12-də Nepalın şərqində avtobus 200 metr hündürlükdən uçuruma yuvarlanıb. Hadisə nəticəsində azı 12 nəfər həlak olub, 20 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan yeddisinin vəziyyətinin ağır olduğu bildirilir. Bu barədə "Associated Press" məlumat yayıb.
Kxotanq şəhərindən Katmanduya gedən avtobus Maxadevstxan yaşayış məntəqəsinin yaxınlığında qəzaya uğrayıb. Bəzi məlumatlara əsasən, hadisə zamanı avtobusda 40-a yaxın sərnişin olub.
Nepalda buna bənzər yol-nəqliyyat hadisələri nadir hal deyil. Ölkənin avtomobil yollarının əksəriyyəti Himalay dağ silsiləsindən keçir. Yol örtüyünün və avtomobillərin vəziyyəti çoxsaylı qəzalara səbəb olur. Belə ki, ötən il sərnişin avtobusunun dağ yolunda yarğana yuvarlanması nəticəsində 8 nəfər həlak olmuşdu. 2014-cü ildə baş vermiş analoji avtobus qəzası 17 nəfərin ölümü ilə nəticələnmişdi.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












