Banner

Nərimanovda “Toyota” skuter sürücüsünü vurub ÖLDÜRDÜ - VİDEO

Qəzalar 27 Oktyabr 2026 10:11
Nərimanovda “Toyota” skuter sürücüsünü vurub ÖLDÜRDÜ  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bu gün saat 04:00 radələrində, paytaxtın Nərimanov rayonu ərazisində, Aqşin Mirzəbəylinin idarə etdiyi “Toyota” markalı avtomobillə skuter sürən Abdulla Əliyev vurulub.

Avtosfer.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsi məlumat yayıb.

Bildirilib ki, svetoforla nizamlanan piyada keçidində kobud qayda pozuntularının müşayiəti ilə baş verən qəzada 23 yaşlı A.Əliyev hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha skuter və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarının həyat əhəmiyyətli olduğunu unutmamağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!

bax.tvhttps://player.bax.tv/embed/228227.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

 

 

Oxunub : 384
ŞƏRH YAZ
Ad

E-mail

Şərh