Nəsimidə qayda pozan “Hyundai” sürücüsü yük maşını və avtobusa çırpıldı - VİDEO

Qəzalar 27 Sentyabr 2024 19:39 Oxunub 194
Nəsimidə qayda pozan “Hyundai” sürücüsü yük maşını və avtobusa çırpıldı    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində baş vermiş zəncirvari qəza anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Görüntüdən də aydın olduğu kimi, hərəkətdə olan avtomobil geriyə dönən 99-JR-218 dövlət nömrə nişanlı “Isuzu” markalı yük maşını və sərnişin daşıyan mikroavtobusla toqquşub. Qəzaya səbəb “Hyundai” sürücüsünün düzgün ara məsafəsi təyin etməməsi olub. Nəticədə hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Nərmin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh