Banner

Bakının mərkəzində qəza baş verib, xəsarət alan var - FOTO - VİDEO

Qəzalar 11 May 2022 10:09 Oxunub 1594
Bakının mərkəzində qəza baş verib, xəsarət alan var - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Səbail rayonunda xəsarətlə nəticələnən avtoqəza qeydə alınıb.

APA xəbər verir ki, hadisə Bülbül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində qeydə alınıb.

Prospektlə Azneft dairəsi istiqamətində hərəkətdə olan “Opel” markalı minik avtomobilinin sürücüsü yol nişanının tələbini pozaraq yalnız sağa dönmə üçün nəzərdə tutulan zolaqla düzünə hərəkət etmək istəyib. Həmin vaxt 2-ci zolaqdan sağa dönmə manevri etmək istəyən “Mercedes” markalı avtomobillə toqquşub. Zərbədən sonra “Opel”in sürücüsü idarəetməni itirib və maşın yol kənarında quraşdırılan beton yol ayrıcına dəyib. Hadisə nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. “Opel”in sürücüsünün qolu sınıb. Yaralı təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bakının mərkəzində qəza baş verib, xəsarət alan var  - FOTO  - VİDEO Bakının mərkəzində qəza baş verib, xəsarət alan var  - FOTO  - VİDEO Bakının mərkəzində qəza baş verib, xəsarət alan var  - FOTO  - VİDEO

ŞƏRH YAZ
Ad

E-mail

Şərh