“Nissan" dərəyə aşdı, 5 yaralı - Sürücü və bacısı ağır durumdadır

Şəmkirdə xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Qasımalılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Nissan Tide” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan dərəyə aşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində xəsarət alanların şəxsiyyəti bəlli olub. Onlar Aytən Məmmədova, Əhəd Qurbanov, Məhluqə Axundova, Günel Hüseynovadır. Daha bir nəfərin yüngül xəsarət aldığı bildirilir. Yaralılardan bir nəfərin vəziyyəti ağırdır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)
Şəmkirdə baş verən yol qəzası nəticəsində xəsarət alanların hamısının şəxsiyyəti məlum olub. "Report" xəbər verir ki, bunlar 1963-cu il təvəllüdlü Məhluqə Əhəd qızı Axundova, 1992-ci il təvəllüdlü Ayşən Etibar qızı Qurbanova, 1993-cü il təvəllüdlü Əhəd Etibar oğlu Qurbanov və 1990-cı il təvəllüdlü Aytən Məmmədovadır. Onların hamısı Şəmkir rayon sakinləridirlər. Yaralılardan avtomobilin sürücüsü olan Əhəd və onun bacısı Ayşənin vəziyyəti ağırdır. Onlar Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO













