Novxanı-Masazır yolunda “KIA” dirəyə çırpılıb aşdı - VİDEO
Qəzalar
24 İyun 2025 17:30
Oxunub 1316

Abşeron rayonu, Novxanı-Masazır yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə iyunun 24-də 08:15 saatlarında qeydə alınıb: “Belə ki, hərəkətdə olan 90-VC-792 dövlət nömrə nişanlı “KIA Rİo” markalı qəzaya düşüb. Hadisəyə səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Nəticədə maşın yoldan çıxaraq dirəyə çırpılıb. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb, sürücü yüngül bədən xasarətləri alıb”.
Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














