Novxanı yolunda qəza: “Prius”la “Mercedes” toqquşdu - VİDEO
Qəzalar
9 İyun 2023 19:21
Oxunub 11730

Qəflətən əyləci sıxan taksi sürücüsü arxadan gələn avtomobillə toqquşaraq qəzaya səbəb olub.
Avtosfer.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi dünən günorta saatlarında, Novxanı yolunda qeydə alınıb. Görüntüdən məlum olduğu kimi, “Mercedes” markalı avtomobil, “Toyota Prius” markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin məlumatına görə qəzanın baş verməsinə səbəb “Prius”un nəzərdə tutulmayan ərazidə qəfil tormoz verərək müştəri götürməsi olub. Nəticədə arxadan gəlın “Mercedes”lə toqquşan “Prius” qəza yaradıb. “Prius”un arxa hissəsi, “Mercedes”in isə ön hissəsi sıradan çıxıb. Qəza zamanı başından xəsarət alan xanım sərnişin xəstəxanaya yerləşdirilib.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













