Nyu-Yorkda təyyarə qəzaya düşdü, hava limanı bağlandı - FOTO - YENİLƏNİB

"LaGuardia" hava limanında "Air Canada Express" təyyarəsinin nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində yaralananlardan 32-si evə buraxılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə CNBC kanalı Nyu-York və Nyu-Cersi Liman İdarəsinin icraçı direktoru Ketrin Qarsiyaya istinadən xəbər yayıb.
Bildirilib ki, sərnişinlər, ekipaj və hava limanının yanğınsöndürmə xidmətinin əməkdaşları da daxil olmaqla xəstəxanaya çatdırılan 41 nəfərdən 32-i artıq evə buraxılıb. Onun sözlərinə görə yaralananların doqquzunun isə ağır xəsarətlərə görə müalicəsi xəstəxanada davam etdirilir.
Hadisənin necə baş verməsi ilə bağlı suala cavab verən Ketrin Qarsiya bildirib ki, yanğınsöndürən maşın təyyarədə kəskin qoxu probleminin olduğunu elan edən başqa bir "United Airlines" təyyarəsinə doğru gedirdi. Ona uçuş-enmə zolağına keçidə icazə veriləndən sonra dispetçer ona "dayan" əmri versə də, artıq gec olub.
***
"LaGuardia" hava limanında "Air Canada Express" təyyarəsinin yerüstü nəqliyyat vasitəsilə toqquşma nəticəsində pilotlar həlak olublar.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "NBC News" mənbələrə istinadən məlumat yayıb.
"Nyu-Yorkdakı "LaGuardia" hava limanında "Air Canada Express" təyyarəsi ilə yerüstü nəqliyyat vasitəsinin toqquşması nəticəsində təyyarənin iki pilotu həlak olub", - deyə məlumatda qeyd olunub.
***12:34
Nyu-Yorkun "LaGuardia" hava limanında "Air Canada Express" təyyarəsi yerüstü nəqliyyat vasitəsi ilə toqquşub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Flightradar" "X"də məlumat verib.
"Nyu-Yorkun "LaGuardia" hava limanı (LGA) "Air Canada Express" "CRJ-900" təyyarəsinin yerüstü nəqliyyat vasitəsi ilə toqquşmasından sonra bağlanıb", - deyə məlumatda bildirilir.
"New York Post" qəzetinin məlumatına görə isə təyyarə yanğınsöndürmə maşını ilə toqquşub. Avtomobildə olan dörd yanğınsöndürən ağır xəsarət alıb. Təyyarədə təxminən 100 sərnişin olub və onların vəziyyəti qiymətləndirilir.

Ağcabədidə qəza olub: Ölən və yaralanan var - FOTO
Lənkəranda maşın kanala aşdı - 6 nəfər yaralandı - FOTO - YENİLƏNİB
Mingəçevirdə "BMW" və "Opel" toqquşdu - Xəsarət alanlar var
Ağstafada "07" dirəyə çırpıldı - Xəsarət alan var - VİDEO
Vətən müharibəsi veteranı avtoqəzada həlak olub - FOTO
Bakıda avtomobillər toqquşdu, biri qəbirə çırpıldı - VİDEO
Bakıda “BMW” "Audi" ilə toqquşdu; avtomobillərdən biri yandı - FOTO
Bayram günü Neftçalada FACİƏ: İki qardaş qəzada öldü - FOTO - YENİLƏNİB
Gəncədə qəza baş verdi: 5 NƏFƏR... - FOTO
Türkiyədə avtobus qəzası: 2 ölü, 19 yaralı
Sumqayıtda ağır QƏZA: "Mercedes" aşdı, sürücü ÖLDÜ











